Çin klubları Avropada top qovan ulduzları heyətinə qatmaqda davam edir. Fanat.az xəbər verir ki, asiyalıların bu dəfə Halkı transfer edib.
Belə ki, Sven-Yoran Erikssonun çalışdırdığı "Şanxay SIPG" klubu braziliyalı futbolçunu heyətinə qatıb. Çinlilər bu transferə görə "Zenit"ə 58 milyon avro ödəyəcək. Halkın özü isə ildə 20 milyon avro maaş alacaq.
"The Sun"un xəbərinə görə, Halk müqavilə imzalamaq üçün Çinə gedib. "Şanxay SIPG" bununla Çin tarixinin ən bahalı transferini gerçəkləşdirib. Bundan əvvəl "Jianqsu Suninq" klubu Aleks Teyşeyra üçün "Şaxtyor"a 46 milyon avro ödəmişdi.
Qeyd edək ki, Halk 2008-ci ildə Avropaya gəlib. Yaponiyanın "Tokio Verdi" klubundan "Portu"ya 19 milyon avroya keçən braziliyalı 4 il sonra 37 milyona "Zenit"ə transfer olunub.
Fanat.az