Çin Super Liqasında yay transfer pəncərəsi bağlanıb. Fanat.az xəbər verir ki, ölkənin yüksək liqa klubları 88 yeni oyunçunun alınmasına 129 milyon avro xərcləyiblər.
Başqa sözlə, çempionatdakı 16 klub orta hesabla hər oyunçuya 1,47 milyon avro xərcləyib.
Ən bahalı transfer Rusiya "Zenit"indən "Şanxay SİPQ"-ə 55,8 milyon avroya alınan braziliyalı hücumçu Halk sayılıb. İkinci yerdə İngiltərə "Sauthempton"undan "Şandun Lunen"ə 15,25 milyon avroya keçən italiyalı forvard Qrasiano Pelledir.
Qeyd edək ki, Halkın yeni klubunda "Barselona"nın qolçusu Lionel Messi qədər - ilə 20 milyon avro qazanacağı bildirilir. Onlardan çox əmək haqqını "Real"ın portuqaliyalı forvardı Kriştiano Ronaldo (ilə 21 milyon avro) alır.
Fanat.az