Çin bu dəfə hakim transfer edir - Fantastik qiymət

Çin bu dəfə hakim transfer edir - Fantastik qiymət
Son illərdə tanınmış məşqçilərə və ulduz futbolçulara fantastik məbləğlər ödəyən Çin indi də hakim transfer etməyə başlayır.
Fanat.Az xəbər verir ki, çinlilər "DÇ-2018"də iş başında olacaq hakimləri araşdırıb və bir neçəsinə transfer təklifi edib. Onlardan biri də məşhur türk FIFA referisi Cüneyt Çakırdı.
42 yaşlı referinin karyerasının son illərində aldığı fantastik məbləğli təklifə müsbət yanaşdığı və qəbul edəcəyi deyilir. İddialara görə, Çakır gələn mövsüm Çin Super Liqasının oyunlarına təyinat alacaq və Türkiyədə işləməyəcək. 
Qeyd edək ki, hakim transferində ilk addımı ötən il Səudiyyə Ərəbistanı atmışdı və məşhur ingils referi Mark Klattenburqla anlaşmışdı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər