Topaz Premyer Liqasının VII turunda "Qəbələ"nin qonağı olan "Rəvan"ın futbolçusu Sahib Savankulov klubun tarixiqə düşüb. Fanat.az xəbər verir ki, Premyer Liqadakı ilk tacik futbolçu Bakı klubu üçün yubiley müəllifi olub.
Belə ki, müdafiəçi "Rəvan"ın formasını geyinmiş 70-ci oyunçu kimi tarixə düşüb. Qeyd edək ki, buna qədər cari mövsümdə 13 futbolçu "sarı-qırmızı" forma ilə ilk dəfə Premyer Liqa həyəcanı yaşamışdı. Bunlar Ceyhun Cavadov, Sebastian Kastro-Telyo, Novruz Məmmədov, Rəşad Abdullayev, İvan Pexa, Elvin Həsənəliyev, Elnur Abdulov, Bəxtiyar Soltanov, Mişel Balokoq, Kamil Nurəhmədov, Əziz Quliyev, Aqil Nəbiyev və Cəmşid Məhərrəmov idi.