Almaniyada bu yay transferə ən çox pul xərcləyən klub "Borussiya" olub. Fanat.Az xəbər verir ki, Dortmund klubu yeni oyunçuların alınmasına 109.75 milyon avro xərcləyib.
"Borussiya" Andre Şkürrleni 30, Mario Qötzeni 22, Osman Dembeleni 15, Rafael Querreyronu 12, Sebastian Rodeni 12, Mark Bartranı 8, Emre Moru 7, Mikel Merinonu 3.75 milyon avroya alıb.
Dortmund klubu Henrix Mkıtaryan, Mats Hummels, İlkay Gündoğan, Yakub Blaşikovski və Morits Leytnerin satışından 111 milyon avro gəlir əldə edərək, yeni oyunçuların alınması üçün qaynaq hazırlayıb.
"Bavariya" isə 70 milyon avro xərcləyib. Münhen klubu Mats Hummels və Renato Sançesin hər biri üçün 35 milyon avro ödəyib. Bununla da komanda transfer mövsümündə bir futbolçu üçün ən yüksək məbləği ödəyən klub olub.
Fanat.Az