İbrahimoviçin transferi və maaşı açıqlandı - RƏSMİ

İbrahimoviçin transferi və maaşı açıqlandı - RƏSMİ

Zlatan İbrahimoviçin yeni klubu rəsmən açıqlanıb. Fanat.az xəbər verir ki, isveçli ulduz "Mançester Yunayted"ə keçib. 

Bu barədə klub rəsmi məlumat yayıb. "Zlatan zamanı" (It`s Zlatan time) başlığı ilə yayımlanan videoda İbrahimoviç də eyni sözləri təkrarlayıb. Onun yeni klubunda həftədə 200 min funt-sterlinq qazanacağı deyilir.

Rəsmi müqaviləni imzalayan ulduz futbolçu qısa açıqlama verib: "Mançester Yunayted"ə transfer olunduğum üçün çox xoşbəxtəm. Premyer Liqada oynamaq üçün tələsirəm. Joze Mourinyo ilə yenidən çalışmaq üçün də sevinirəm. O, çox gözəl mütəxəssisdi".

Mourinyo da İbrahimoviçin transferini dəyərləndirib: "Zlatanın tanıtıma ehtiyacı yoxdu. Statistika onun haqqında hər şeyi deyir. İbra dünyanın ən yaxşı forvardlarından biridi və həmişə meydanda bütün bacarığını ortaya qoyur. Dünyanın ən önəmli liqalarında çempionluqlar qazanıb, indi dünyanın ən yaxşı çempionatında oynayacaq".

İbrahimoviçin transferi və maaşı açıqlandı - RƏSMİ

İbrahimoviçin transferi və maaşı açıqlandı - RƏSMİ

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər