İbrahimoviç yenidən "Yuventus"da? - 7 milyon maaş

İbrahimoviç yenidən "Yuventus"da? - 7 milyon maaş

Zlatan İbrahimoviç "Yuventus"a dönə bilər. Fanat.az xəbər verir ki, futbolçunun meneceri Mino Raiolanın Turin klubu ilə danışıqlara başladığı iddia olunub.

İsveçli ulduzun PSJ ilə müqaviləsi başa çatır. Onun Parisdə qalmayacağı dəqiqdi. İddiaya görə, "Yuventus" Zlatana illik 7 milyon avro təklif edir.

Qeyd edək ki, "Yuventus" 2004-cü ildə "Ayaks"dan 16 milyon avroya aldığı İbrahimoviçi 2 il sona 24,8 milyon avroya "İnter"ə satmışdı. O, 2012-ci ildə 21 milyon avro qarşılığında PSJ-yə transfer edilib. İbrahimoviç "Yuventus"la 2 dəfə İtaliya çempionu olub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər