“Mallyorka”dan “Fənərbaxça”ya rekord ödənişlə transfer olunan Dani Quiza bu dəfə də homoseksualların qəzəbinə uğrayıb. Fanat.az xəbər verir ki, ispan futbolçunun yataq otağında komanda yoldaşı ilə çılpaq vəziyyətdə şəkil çəkdirməsi və bunu sosial şəbəkədə paylaşması geyleri əsəbiləşdirib.
Homoseksual dərnəklər Quizaya “Ya kişilərdən xoşlandığını etiraf et, ya da bu cür şəkillərlə geylərə lağ etmə" çağırışı ediblər. Hadisə Libertadores Kubokunda Quizanın formasını geydiyi “Serro Porteno”nun “Lanus” ilə oynadığı qarşılaşmadan əvvəl baş verib. Komanda yoldaşı Dieqo Qodounun Quizanın otağına girərək onunla yataqda şəkil çəkdirmək istəyib. Şəkilin homoseksual çağırışı etdiyini iddia edən bəzi dərnəklər ispan futbolçuya reaksiya göstərərək “cinsi seçimini azad şəkildə et” mesajı veriblər.
Paraqvay mətbuatı isə Dieqo Qodounun homoseksual olduğunu irəli sürərəkölkədə yeni bir mübahisəli gündəm yaradıblar.
Fanat.az