Hollandiyanın futbol tarixində bir ilk yaşanacaq. Fanat.az xəbər verir ki, sözügedən ölkənin Futbol Federasiyasının yayımladığı açıqlamada şənbə günü keçiriləcək "Utrext" - "Roda" matçında topun qapı xəttini keçib-keçmədiyini dəqiq anlamaq üçün "Şahin gözü" adı verilən bir texnalogiyadan istifadə ediləcəyi bildirilib.
Həmin sistemdən martın 2-dən aprelin 27-dək "Feyenord"un meydançasında istifadə ediləcək. May ayının 6-dan etibarən isə "Ayaks"ın stadionunda qurlaşdırılacaq.