Qışda Erlinq Holandla maraqlanan klublar sırasında "Yuventus" da var idi. Lakin son anda 19 yaşlı futbolçu Dortmund "Borussiya"sına keçmişdi.
Fanat.Az "La Repubblica"ya istinadən xəbər verir ki, Holandın meneceri Mino Rayola keçidin baş tutmama səbəbini açıqlayıb:
"Yuventus"a transfer niyə alınmadı? Çünki "Yuve" Holandı U-23 komandasına göndərmək istəyirdi".
Norveçli forvard 2020-ci ilin yanvarında 20 milyon avro qarşılığında "Zaltsburq"dan "Borussiya"ya transfer olunub. Bundesliqada 9 matçda meydana çıxan Holandın aktivində 10 qol, 2 məhsuldar ötürmə var.
Fanat.Az