Dortmund "Borussiya"sının hücumçusu Erlinq Holand bu yay "Mançester Siti"yə keçə bilər.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, 21 yaşlı futbolçunun İngiltərə klubunda qazanacağı məbləğ də açıqlanıb.
"Şəhərlilər" Almaniya klubuna 75 milyon avro ödəməyə hazırdır. Holandın maaşı isə həftəlik təxminən 440 min avro olacaq.
Emin