Holandın atası oğlunu tənqid edən Roy Kinə nə dedi?

Holandın atası oğlunu tənqid edən Roy Kinə nə dedi?

"Mançester Siti"nin hücumçusu Erlinq Holandın atası Alf-İnqe Holand "Mançester Yunayted"in əfsanəvi oyunçusu Roy Kinin oğlunu tənqid etməsinə münasibət bildirib.

Fanat.Az xəbər verir ki, "Viaplay football" onun dediklərini belə çatdırıb:

"Kin və daha bir neçə təcrübəli futbol eksperti başqalarının fikrini formalaşdırmağa qadir insanlardır. Ancaq nədənsə onlar sərt tənqidi normal hesab edirlər. Görünən budur ki, komanda qələbələr qazanır, Erlinq isə əvvəlki kimi çempionatın ən yaxşı bombardiridir. Yəni hər şey o qədər də pis deyil".  

Holand 20 qolla İPL-in bombardirlər cədvəlinə başçılıq edir.

Xatırladaq ki, Kin İngiltərə Premyer Liqasında keçirilən son "Mançester Siti" - "Arsenal" (0:0) matçından sonra Erlinqin meydanda 2-ci liqa futbolçusuna bənzədiyini demişdi.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər