"Mançester Siti" Dortmund "Borussiya"sının hücumçusu Erlinq Holandın transferini rəsmiləşdirib.
Fanat.Az xəbər verir ki, məlumatı İngiltərə klubunun mətbuat xidməti yayıb.
Norveçli hücumçu bu il iyulun 1-dən yeni komandasına qoşulacaq.
Klub keçidin digər detallarını və müqavilə müddətini açıqlamayıb.
Qeyd edək ki, Holand 2020-ci ilin qışından "Borussiya"dadır. 22 yaşlı norveçli Almaniya klubunun formasıyla çıxdığı 88 oyunda 85 qol vurub. Onun transfer qiyməti 150 milyon avro ilə dəyərləndirilir.