"Mançester Siti"nin hücumçusu Erlinq Holand İngiltərə Premyer Liqasında yeni rekord reallaşdırıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Squawka" yayıb.
Mənbənin hesablamasına görə, norveçli forvard 5-ci turda "Arsenal"la oyunda fərqlənməklə İngiltərə futbolunun tarixinə düşüb. 24 yaşlı ulduz hücumçu meydana çıxdığı beş qarşılaşmada 10 qol vurub ki, Premyer Liqa tarixində ondan başqa heç kim daha tez bunu reallaşdıra bilməyib.
Qeyd edək ki, "Mançester Siti" - "Arsenal" matçıda 2:2 hesabı qeydə alınıb.
Mirağa