Həftənin futbolçusu adına namizədlər müəyyənləşdi

Həftənin futbolçusu adına namizədlər müəyyənləşdi

UEFA Avropa Liqası və Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

Fanat.Az xəbər verir ki, Avropa Liqasında Şotlandiya “Reyncers”indən Ceyms Tavernye, İngiltərə ”Vest Hem”indən Deklan Rays, Almaniya “Leyptsiq”indən Kristofer Nkunku və “Ayntraxt”dan (Frankfurt) Evan N Dika ən yaxşı adına iddia edir.

Konfrans Liqasında İtaliya "Roma"sından Temmi Abraham, İngiltərə "Lester"indən Vesle Fofana, Fransanın "Marsel" klubundan Luan Peres və Niderland "Feyenoord"undan Gernot Trauner namizəddir.

Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.

Xatırladaq ki, Avropa Liqasının finalında “Reyncers” “Ayntraxt”la, Konfrans Liqasının həlledici matçında isə “Roma” “Feyenoord”la qarşılaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər