"Heç kim belə təklifə "yox" deməz" - Lamin Yamal

"Heç kim belə təklifə "yox" deməz" - Lamin Yamal

"Barselona"nın 16 yaşlı vingeri Lamin Yamal növbəti mövsümdən 10 nömrəli formanın ona verilib-verilməyəcəyi ilə bağlı sualı cavablandırıb.

Fanat.Az-ın məlumatına görə, "Mundo Deportivo" onun dediklərini belə çatdırıb:

"Bu nömrə Ansu Fatinindir. O, "Barselona"da qalmasa (hazırda "Brayton"da icarədədir -red.), 10 nömrəli formanı geyinməkdən qürur duyaram. "Barselona"nın "10 nömrə"si olmaq istənilən uşağın arzusudur. Yəni heç kim belə təklifə "yox" deməz, ancaq qərarı klub verməlidir".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər