Harri Maquayr: "Lük Şou ötürməni əla verdi, mən də yaxşı vurdum"

Harri Maquayr: "Lük Şou ötürməni əla verdi, mən də yaxşı vurdum"
İngiltərə millisinin müdafiəçisi Harri Maquayr AVRO-2020-nin 1/4 final mərhələsində Ukraynanı darmadağın etdikləri (4:0) oyundan sonra açıqlama verib.
Fanat.Az xəbər verir ki, arxa xətt oyunçusu UEFA-nın saytına danışıb:
"Ardıcıl ikinci dəfə böyük turnirlərin yarımfinalına çıxmaq ciddi nəticədir. Heç kimin əhvalını korlamaq istəmirəm, amma dayanmaq fikrimiz yoxdur. Qarşıda daha bir önəmli oyunumuz var. Bu dəfə yolumuza davam etmək istəyirik. Standart vəziyyətlər zamanı nəyə qadir olduğumuzu göstərmək istəyirdik. Amma bu oyuna qədər belə qollar vurmamışdıq. Ukrayna ilə matçda həm mən standart vəziyyətdən fərqləndim, həm də Cordan Henderson. Lük Şou ötürməni əla verdi, mən də yaxşı vurdum. Əlbəttə, qol vurmaq çox xoşdur. Ancaq əsas olan qələbə qazanmaqdır".
Atilla  
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər