Harri Maquayr daha 3 həftə kənarda qalacaq

Harri Maquayr daha 3 həftə kənarda qalacaq

"Mançester Yunayted"in kapitanı Harri Maquayr üç həftə komandasına kömək edə bilməyəcək.

Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, bu, Maquayrın son müayinəsinin ardından bəlli olub.

Beləliklə, bərpa prosesi başa çatmayan müdafiəçinin oktyabrın 24-də "Liverpul"a qarşı oynamayacağı dəqiqləşib.

Qeyd edək ki, millilərin oyunlarına görə yaranan fasilə zamanı MY-nin daha bir müdafiəçisi - Rafael Varan da zədələnib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər