Harri Keyn "Bayern"i İspaniya nəhənginə dəyişir - Meqatransfer

Harri Keyn "Bayern"i İspaniya nəhənginə dəyişir - Meqatransfer

"Bayern Münhen"in ulduz hücumçusu Harri Keyn Almaniya nəhəngini tərk edə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı “Fichajes” yayıb. 

Mənbənin məlumatına görə, Keyn “Real Madrid”in transfer hədəfindədir. Florentino Peres ulduz hücumçunu almağı düşünür. Onun fikrincə, komandada Kərim Benzemanın gedişindən sonra belə hücumçu yoxdur. Keynin "Real Madrid"ə meqatransferi 2025-ci ilin yayında baş tuta bilər.

Keyn bu mövsüm "Bayern"in heyətində 17 oyun keçirib, 20 qol vurub və 9 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər