Hansı klubumuz "Dinamo"nun futbolçusunu istəyir?

Hansı klubumuz "Dinamo"nun futbolçusunu istəyir?
Belarus milli komandasının sabiq üzvü Aleksandr Bıçenek karyerasını Azərbaycanda davam etdirə bilər. Fanat.az xəbər verir ki, bu barədə 29 yaşlı yarımmüdafiəçinin özü məlumat verib.
Bıçenek Belarus, Qazaxıstan və Azərbaycan klublarından təkliflər aldığını bildirib. Lakin o, xidmətində maraqlı olan klubların adlarını açıqlamayıb.
Qeyd edək ki, Aleksandr başa çatan mövsümdə "Dinamo"da 32 oyun keçirib və 4 qol vurub. 2012-ci ildə Qazaxıstan "Kayrat"ında icarə əsasında forma geyinən (7 oyun) Belarusun "Dnepr" və "Şaxtyor" klublarının uğurları üçün çalışıb.
Belarusun U-21 (7 oyun) və U-23 (1 oyun) yığmalarında forma geyinmiş Bıçenek 2011-ci ildən sonra A millidə 5 matça çıxıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər