Belçikalı müdafiəçi Migel Daxelet karyerasını Azərbaycanda davam etdirə bilər. Fanat.az xəbər verir ki, bu barədə onun çıxış etdiyi "Heyst" klubunun baş məşqçisi Si Boşaer məlumat verib.
Baş məşqçi bildirib ki, müdafiəçi Azərbaycan klublarından birinə keçə bilər. Lakin o, həmin klubun adını açıqlamayıb.
Qeyd edək ki, Migel Daxelet Belçikanın II liqasında çıxış edən "Heyst"ə mövsümün əvvəlində keçib. Bu komandada 17 oyuna çıxan 26 yaşlı müdafiəçi 1476 dəqiqə oynayıb. O, əvvəllə Belçikanın "Sulte Varegem" (2008-2012, 56 oyun, 1 qol) və "Lyerse" (2012-2013, 21 oyun) klublarında çıxış edib.
Fanat.az