Hans-Diter Flik mümkün trebllə bağlı sualı cavablandırdı

Hans-Diter Flik mümkün trebllə bağlı sualı cavablandırdı

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik cari mövsüm La Liqanın, İspaniya Kubokunun və Çempionlar Liqasının qalibi olaraq trebl etmək ehtimalları barədə sualı cavablandırıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Marca" belə çatdırıb:

"Biz çox şey arzulaya bilərik, amma istədiyimizə hədəflənməliyik. Növbəti rəqibimiz "Betis"dir. Evə gedib yatacaq və yuxudan oynanadan sonra məşqə çıxacağıq. Qarşıdakı bir neçə həftə mürəkkəb olacaq. Bizim fantastik komandamız var.  Klub və azarkeşlərimiz komanda ilə fəxr edə bilərlər".

Xatırladaq ki, "Barselona" İspaniya Kubokunun finalında əzəli rəqibi "Real" ilə üz-üzə gələcək. Tərəflər 8-ci dəfə bu turnirin həlledici qarşılaşmasında münasibətlərinə aydınlıq gətirəcəklər.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər