Türkiyədə hakim futbolçunu döyüb. Fanat.az xəbər verir ki, olay Dənizlidə keçirilən U-17-lər arasındakı matçda baş verib.
"Dokuzkavaklarspor"la "Dənizligücü" arasıeda oynanılan matçın ilk yarısında, "Dənizligücü" hesabda 2:0 öndə olarkən baş hakim Mehmet Dişçi "Dokuzkavaklarspor"un qapısına penalti təyin edib. Bu zaman komandanın futbolçuları hakimə etirah edib. Buna cavab olaraq Mehmet Dişçi "Dokuzkavaklarspor"dan Osman Doğanı meydandan qovub. "Dokuzkavaklarspor"lu futbolçuların etirazları davam edincə referi köməkçilərini də götürərək paltardəyişə otağına yollanıb.
İddiaya görə, Mehmet Dişçi meydandakı polislərdən Osman Doğanı hakimlər otağına gətirməyi istəyib. İstəyi yerinə yetirilən referi otaqda futbolçunu vurub. Artıq olayla bağlı polis araşdırmalara başlayıb.
Fanat.az