Güvənc Kurtar "Bakı" ilə oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Rəvan"ın baş məşqçisi komandasından razı qalıb:
"Qalib gəldiyimiz üçün çox şadam. Bütün komandanı təbrik edirəm. İlk oyunda “Bakı”ya məğlub olmuşduq. Fikrimcə, həmin oyunda penaltimizi və rəqibə qırmızı vərəqə verilməmişdi. Futbolçularımı qələbəyə inandırdım, demək olar ki, optimal heyətlə meydana çıxdıq. Oyunsonrası penaltiləri də məşq etmişdik. Son 10 dəqiqəyə kimi riskə getmədik. Oyunda bir neçə mübahisəli epizod var idi. Buna baxmayaraq, qalib gəldiyimiz üçün şadıq, “Bakı” güclü komandadı. Biz ağıllı oynadıq, oyunsonrası penaltilərlə olsa belə mərhələni keçdik. Yeni futbolçuların komandaya uyğunlaşması üçün zamana ehtiyac var. Klubumuzun prezidentinə təşəkkür edirəm. Çox yaxşı rəhbərliyimiz var, bizə daima dəstək verirlər. İlk oyunda da qalib gələ bilərdik, biz yaxşı komandayıq".
Qeyd edək ki, ilk oyunda 1:0 hesablı qələbə qazanan "Bakı" cavab matçında "Rəvan"a eyni hesabla yenilib. Penalti seriyasında isə ikincilər üstün olub - 9:8.
Fanat.az