Güvənc Kurtar "Sumqayıt"la oyunla (1:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Rəvan"ın baş məşqçisi ikinci hissədə daha yaxşı oynadıqlarını deyib:
"Oyuna yaxşı başladıq. Lakin ilk 10 dəqiqədən sonra rəqib çox yaxşı oynadı. İlk hissədə bir şey edə bilmədik, amma 2-ci hissədə üstün oynadıq. 2-ci hissədəki oyunla qalib gəlməli idik, təəssüf ki, alınmadı. Bir neçə qol epizodundan istifadə edə bilmədik. Oynamayan futbolçulara şans verirəm ki, lazımi idman formasına düşsünlər. Bu tempə alışmaq lazımdı. Futbolçu həftədə iki oyun oynamalıdı ki, daha sürətli tempdə oynasın".
Fanat.az