Güvənc Kurtar "Neftçi" ilə oyunla (1:3) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Rəvan”ın baş məşqçisi finala çıxa bilmədikləri üçün təəssüfləndiyini deyib:
"Neftçi"ni qələbə ilə təbrik edirəm. Biz də finala çıxmaq istəyirdik, təəssüf ki, alınmadı. Baş məşqçinin bəhanəsi olmaz, amma əsas heyətin 5 yerli futbolçusundan ikisi cəzalı vəziyyətdə olduğu üçün oyun üslübumuza təsir etdi. Orxan və Cəmşidin olmaması öz sözünü dedi. Heç olmasa biri oynasaydı oyun başqa cür alınardı. İlk oyunda Hüseyn və Novruz Flavinyoya oynamağa imkan vermədi. Mərkəzdə Kamil Kopunek dayaq yarımmüdafiəçisi kimi çıxış etdi. Çox pis qollar buraxdıq, xüsusən də üçüncü qol inanılmaz idi. Hesab 1:2 olanda bir neçə real qol imkanından yararlana bilmədik. Futboçularımız bacardıqlarının ən yaxşısını oynadılar. Bundan sonra bütün diqqətimizi Premyer Liqadakı son 5 oyunumuza yönəldəcəyik. Kuboku qazanacağımıza inanırdıq, ona görə çempionat oyunlarına çox fikir vermədik. Liqa və kubok oyunlarına fərqli heyətlərlə çıxdıq. Qarşıdakı oyunlarda daha yaxşı oynayacağımıza və məğlub olmayacağımıza inanıram. Lukaş Sapelanın buraxdığı qollara heç nə demirəm, hər futbolçu səhv edə bilər. Məğlubiyyətdə günahkar məşqçi olur. Oke Akpovete oyunun gedişini dəyişə biləcək oyunçudu, lakin bu gün çox pis oynadı. Standart vəziyyətlərdə çox səhvlər buraxdıq. Üç ay ərzində bunun üzərində işləsək də, istifadə edə bilmədik, futbolçulardan ancaq buna görə narazıyam”.
Fanat.az