"Valensiya"nın və Gürcüstan millisinin qapıçısı Giorgi Mamardaşvili "Liverpul"un futbolçusu olacaq.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, 23 yaşlı qolkiperin transferi ilə bağlı sövdələşmə tam razılaşdırılıb və futbolçu bazar ertəsi İngiltərə klubunda tibbi müayinədən keçəcək. Keçid ingilislərə 35 milyon avroya başa gələcək.
Razılaşmaya görə, Mamardaşvili yalnız gələn yay "Liverpul"a keçəcək. O, cari mövsümü "Valensiya"da oynamağa davam edəcək.
Mirağa