Gürcüstan millisinin və "Valensiya"nın qapıçısı Giorgi Mamardaşvili gələcəyi ilə bağlı qərar verib.
Fanat.Az xəbər verir ki, müxtəlif çempionatlardan bir neçə klub müraciət etsə də, o, yalnız Premyer Liqaya keçmək istəyib.
Tanınmış insayder Nikola Skira "Liverpul" klubunun “Valensiya” ilə danışıqlara başladığını bildirib.
Mənbənin məlumatına görə, Gürcüstan millisinin qapıçısı artıq İngiltərə klubu ilə 2030-cu ilə qədər qüvvədə olacaq şəxsi müqavilənin şərtlərini razılaşdırıb.
“Qırmızılar” ispanlara 30 milyon avro və daha 5 milyon bonus təklif edib.
Mirağa