Günün transfer xəbərləri: "Mançester Yunayted" Ten Haqa əvəz tapdı

Günün transfer xəbərləri: "Mançester Yunayted" Ten Haqa əvəz tapdı

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

“Marca” nəşri: “Real Madrid” yarımmüdafiəçi Toni Kroosun qarşısında ultimatum qoyub. Futbolçunun hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatır. Bu səbəbdən Kroos qalıb-qalmayacağı ilə bağlı qərar verməlidir".

"The Telegraph" nəşri: "Hazırda işsiz olan 62 yaşlı Rafael Benites "Nottingem Forest"in baş məşqçisi postunda Stiv Kuperin yerinə keçə bilər".

“Marca” nəşri: “Real Madrid”in yarımmüdafiəçisi Luka Modriç gələn mövsümünü də kral klubunun heyətində keçirəcək". 

"Calciomercato" nəşri: "Arsenal" "Lester Siti"nin yarımmüdafiəçisi Yuri Tilemans uğrunda "Real Madrid", "Liverpul" və "Yuventus"la rəqabət aparacaq". 

"Todofichajes" nəşri: "Mançester Yunayted" rəhbərliyi komandasının baş məşqçisi Erik ten Haqın istefası barədə düşünür. "Qırmızı şeytanlar"ın yeni baş məşqçisi Xulen Lopeteqi ola bilər.

ESPN nəşri: "Barselona"nın futbolçusu Frenki de Yonq "Mançester Yunayted"in transfer hədəfi olaraq qalır. "Qırmızı şeytanlar"ın rəhbərliyi gələn yay "Borussiya Dortmund"un yarımmüdafiəçisi Cud Bellingemi də heyətinə qatmaq niyyətindədir".

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər