Günün transfer xəbərləri: Gürcü futbolçu "Real Madrid"in radarında

Günün transfer xəbərləri: Gürcü futbolçu "Real Madrid"in radarında

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"The Times" nəşri: "Mançester Yunayted"in ulduzu Markus Raşford "Çelsi"nin maraq dairəsindədir".

"Calciomercato" nəşri: "Torino" ötən mövsüm onlarda icarə əsasında çıxış edən "Lester Siti"nin futbolçusu Dennis Pratı almağa çalışacaq".

"Calciomercato" nəşri: "İnter" "Benfika"nın futbolçusu Alexandro Qrimaldonu transfer etmək üçün "Yuventus", "Arsenal" və "Nyukasl"a qoşulub. Qrimaldo Portuqaliya klubunu tərk etməyə hazırdır".

"Fichajes" nəşri: "Napoli"nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya "Real Madrid"in maraq dairəsinə düşüb. Madrid klubunun rəhbərliyi Marko Asensionun yerinə gürcü futbolçunu transfer etməyi düşünür".

"Bolonya"nın idman direktoru Fenuççi: "Sinişa Mixayloviç ilə yolları ayıran  "Bolonya" tezliklə Tiaqo Mottanı baş məşqçisi elan edəcək". 

"El Nacional" nəşri: "Serxio Busquets "Barselona"dan ayrılmaq istəyir. Futbolçu bu mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləməyəcək. İspan futbolçu MLS-də oynamaq üçün ABŞ-a köçməyi planlaşdırır".

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər