Günün transfer xəbərləri: Zidanın yeni klubu bilindi - RƏSMİ

Günün transfer xəbərləri: Zidanın yeni klubu bilindi - RƏSMİ

Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

Canluka Di Martsio, insayder: "Paulo Dibala Portuqaliyaya - "Roma"nın məşq etdiyi düşərgəyə gəlib. O, “Roma”ya keçməzdən əvvəl tibbi müayinədən keçəcək".

"Daily Mail" nəşri: "Çelsi"nin hücumçusu Armando Broya icarə əsasında "Vest Hem"ə  keçəcək".

İnsayder Fabritsio Romanodan xəbərlər: 

"Çelsi" Jül Kundenin agentləri ilə əlaqə saxlayıb. London klubu bu yay həm Kunde, həm də Kimpembe ilə müqavilə bağlamağa çalışacaq".

"Mançester Yunayted" yeni hücumçu axtarır".

"Sky Sports" saytı və AS nəşri: "Kriştianu Ronaldu "Atletiko Madrid"ə keçməyə yaxındır".

Nikolo Skira, insayder: "Milan yaxın günlərdə Şarl de Ketelare ilə müqavilə imzalamaq üçün "Brügge" klubuna 35 milyon avroluq təklif göndərəcək". 

Baş tutmuş transfer xəbərləri:

Moskva "Dinamo"su Fabian Valbuenanı 2023-cü ilin yayına qədər Braziliyanın "Korintians" klubuna icarəyə verib.  

27 yaşlı yarımmüdafiəçi Entso Zidan  (Zinəddin Zidanın oğlu) azad agent qismində İspaniyanın "Fuenlabrada" klubuna keçib. Futbolçu yeni klubu ilə 2022/23-cü illər mövsümünün sonuna qədər müqavilə imzalayıb. Zidanın son iş yeri Fransanın "Rodez" klubu olub.

Günün transfer xəbərləri: Zidanın yeni klubu bilindi - RƏSMİ

28 yaşlı yapon futbolçu Kento Haşimoto icarə əsasında Rusiya "Rostov"undan İspaniyanın "Ueska" komandasına keçib. 

Günün transfer xəbərləri: Zidanın yeni klubu bilindi - RƏSMİ

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər