Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
İnsayder Canluka Di Martsiodan xəbərlər:
"Bolonya" Eldor Şomurodovu heyətinə qatmaq istəyir, lakin hazırda "Roma" ilə anlaşa bilmir".
"Milan" Jan Onananı icarəyə götürmək istəyir. "Bordo" rəhbərliyi 4-5 milyon avroluq təklifi nəzərdən keçirəcəklərini bildirib. İtaliya klubu yaxın günlərdə bununla bağlı qərar verəcək".
"Yuventus" Leandro Paredesi icarəyə verməyə hazırdır".
"Yuventus" çərşənbə günü Arkadiuş Milikin agentləri ilə danışıqlar aparacaq".
"Hellas Verona" "Fiorentina"ya keçəcək Antonin Barakın yerinə "Atalanta"nın futbolçusu Yosip İliçiçi nəzərdən keçirir".
"Sky Sports" saytı: "Çelsi"nin 21 yaşlı futbolçusu Kallum Hadson-Odoi 2022/23 mövsümünün sonuna qədər icarə əsasında "Bayer Leverkuzen"də oynamağa yaxındır".
Emin Şəmsiyev