Yay "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir.
Canluka Di Martsio idman jurnalisti: "Inter" forvard axtarışlarını davam etdirir. Əsas hədəf Duvan Sapatadır (Duvan Zapata) və siyahıya Markus Tyuram (Marcus Thuram) da daxildir
"SPORT24" idman saytı: "Olimpiakos" və "Napoli" Kostas Manolasın 7 milyon avroya italiyan klubuna keçməsini şifahi olaraq razılaşdırıblar. Futbolçu bir mövsümə 2 milyon avro maaşla 5 illik müqavilə imzalayacaq.
Baş tutmuş transfer xəbərləri:
Tom Hadlstoun (Tom Haddlestone) ("Tottenhem" in keçmiş oyunçusu)
"Derbi County"dən (İngiltərə) "Hall Siti"yə (İngiltərə) keçib. Azad agent qismində keçən futbolçu 2021/22 mövsümünün sonuna qədər müqavilə imzalayacaq.
Alvaro Fernandez (23 yaşlı qapıçı)
"Ueska"dan (İspaniya) - "Brentford"a (İngiltərə) transfer olunub. 2021/22 mövsümünün sonuna qədər kirayədə olacaq futbolçu keçən mövsüm 22 oyunun 5-də qapısını toxunulmaz saxlayıb.
Kayo Jorje (Cayo Jorge) (19 yaşlı braziliyalı hücumçu)
"Santos"dan (Braziliya) "Yuventus"a (İtaliya) transfer olunub. Transfer məbləği 4 milyon avro olan futbolçu müqaviləsini 2025/26 mövsümünün sonuna qədər imzalayıb.
Fil Yagelka (Phil Jagelka) (39 yaşlı müdafiəçi)
"Şeffild Yunayted"dən (İngiltərə) "Derbi kounti"yə (İngiltərə) keçidini reallaşdırıb. Azad agent qismində keçən futbolçu klubla 2022-ci ilin yanvarına qədər müqavilə imzalayıb.
Emin Şəmsiyev