Günün transfer xəbərləri: Xaviyə əvəzləyici tapıldı

Günün transfer xəbərləri: Xaviyə əvəzləyici tapıldı

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"The Mirror" nəşri: "Mançester Yunayted"in çalışdırıcısı Erik ten Haq qolkiper David De Xeanın komandada qalıb-qalmayacağı barədə qərar verməyib". 

Xavi"Barselona"dan  mümkün qovulmasına münasibət bildirib: “Rəhbərlik məni qovsa, buna normal yanaşacağam. Bu, futboldur. Amma küçələrdə insanlar məni daim dəstəkləyir". 

"Bild" nəşri: "Əgər Xavi mövsümün sonuna qədər kuboksuz qalsa, o zaman "Barselona" rəhbərliyi komandaya "Çelsi"dən qovulan alman çalışdırıcı Tomas Tuxeli cəlb edəcək".

"Sport.es" saytı: "Qalatasaray" "Barselona"nın niderlandlı hücumçusu Memfis Depayı yanvarda transfer etməyi düşünür. Klub rəhbərliyi artıq Depayla bu barədə danışıqlar da aparıb." 

"Calciomercato" nəşri: "Liverpul"un çalışdırıcısı Yürgen Klopp bu mövsümün sonunda "Kristal Pelas"ın hücumçusu Uilfrid Zahanı komandasında görmək istəyir. Böyük ehtimal növbəti mövsümdən Zaha "Liverpul"un formasını geyinəcək". 

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər