Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
Fabritsio Romanodan xəbərlər:
"Çelsi" Pyer-Emerik Obameyanqı potensial yeni hücumçu kimi nəzərdən keçirir. Futbolçunun nümayəndələri ilə danışıqlar başlayıb. “Barselona” hələ ki, rəsmi təklif almayıb".
"Şalke 04" Cordan Larssonla müqavilə imzalamaq üçün prinsipial razılığa gəlib".
"Aleks Telles "Sevilya"ya icarə əsasında keçmək üçün İspaniyaya gəlib".
"Bornmut" Markos Senesi transfer etmək üçün "Feyenoord"la danışıqlar aparır.
"Vest Hem" Amadu Onananı 33 milyon funt sterlinqə almaq üçün "Lill"lə tam razılığa gəlib.
Canluka Di Martsiodan xəbərlər:
"Yuventus" Frankfurt "Ayntraxt"ından Filip Kostiçi transfer etmək istəyir".
"Yuventus" Leandro Paredesi transfer etmək istəyir. PSJ 15 milyon avro tələb edir".
"Montsa" "Arsenal"ın futbolçusu Pablo Mari ilə müqavilə imzalamağa yaxındır".
"Aleks Meret icarə əsasında "Spetsia"ya keçməyə yaxındır".
"Nottingem Forest" Remo Frauleri transfer etmək üçün "Atalanta" ilə danışıqlar aparır".
Emin Şəmsiyev