Günün transfer xəbərləri: Şkrinyar PSJ ilə anlaşdı

Günün transfer xəbərləri: Şkrinyar PSJ ilə anlaşdı

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

İnsayder Fabritsio Romano: Milan Şkrinyarın klubu "İnter"lə müqaviləsinin müddəti başa çatıb. Slovakiyalı müdafiəçi ilə yeni sözləşmə ilə bağlı danışıqlar aparılmayıb. İyunun sonunda azad agent olacaq Milan PSJ ilə anlaşıb. Fransa təmsilçisi Şkrinyara 4 illik müqavilə təklif edib. 

"O Jogo": "Hatayspor"la müqaviləsinin müddəti başa çatan Za Luiş komandanı tərk edəcək. Kabo-Verde millisinin 32 yaşlı hücumçusu 2022-ci ildə Türkiyə klubuna keçmişdi. 

***

Rəsmi: "Qalatasaray"ın hücumçusu Bafetimbi Qomis komandadan ayrılıb. 37 yaşlı fransalı forvardın İstanbul klubu ilə sözləşməsinin müddəti başa çatıb. O, "Qalatasaray"da 2022-ci ilin fevral ayından çıxış edirdi. Qomis 25 oyunda meydana çıxıb və 15 qola imza atıb.

Rəsmi: "Köln" "Volfsburq"un hücumçusu Luka Valdşmidti heyətinə cəlb edib. 27 yaşlı almaniyalı futbolçu 1 illik icarəyə götürülüb. 1 iyuldan qüvvəyə minəcək sözləşmə 30 iyun 2024-cü il tarixində başa çatacaq.  Qeyd edək ki, Luk arxada qalan mövsüm ərzində 20 matçda meydana çıxıb və 5 qol vurub. 

Rəsmi: “Nyukasl” komandaya yeni hücumçu alıb. İngiltərə təmsilçisi Danimarkanın “Odense” klubundan Yankuba Mintehi transfer edib. 18 yaşlı forvardın müqaviləsinin şərtləri açıqlanmayıb.  Ancaq qeyd olunur ki, "Nyukasl" "Odense"dən 7 milyon avroya aldığı gənc futbolçunu Niderland “Feyenoord”una icarəyə verib. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər