Günün transfer xəbərləri: Sampaoli İspaniyaya qayıdır

Günün transfer xəbərləri: Sampaoli İspaniyaya qayıdır

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"Todo Fichajes" nəşri: La Liqa klubları "Sevilya" və "Valensiya" "Mançester Yunayted"in futbolçusu Antoni Marsialla maraqlanır".

"Vamos Mi Sevilla" nəşri: "Sevilya" yanvarda "Tottenhem"in oyunçusu Lukas Mouranı transfer etmək istəyir".

"GiveMeSport" saytı: "Nyukasl" yay transfer pəncərəsində "Çelsi"nin futbolçusu Kristian Puluşiçi almaq niyyətindədir".

"Calciomercato" nəşri: "Yuventus" "Vulverhempton"un yarımmüdafiəçisi Ruben Neveş uğrunda mübarizə aparmağa hazırdır. Daha əvvəl məlum olmuşdu ki, portuqaliyalı futbolçu “Barselona”da çıxıəş edəcək".  

"Marca" nəşri: "Sevilya" Xorxe Sampaoli ilə əlaqə saxlayıb. O, Xulen Lopeteqini baş məşqçi postunda əvəz edəcək". 

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər