Günün transfer xəbərləri: Ronalduyla maraqlanan yoxdur?

Günün transfer xəbərləri: Ronalduyla maraqlanan yoxdur?

Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"Goal" saytı:  "Avropanın heç bir böyük klubu Kriştianu Ronaldu ilə bağlı "Mançester Yunayted"lə əlaqə saxlamayıb. Ulduz futbolçu Çempionlar Liqasında çıxış etmək üçün klubdan ayrılmaq niyyətindədir".

“Calciomercato” nəşri: "Roma"nın baş məşqçisi Joze Mourinyu klub rəhbərliyindən PSJ-nin yarımmüdafiəçisi Corcino Viynaldumu transfer etməyi xahiş edib. "Roma" niderlandlı futbolçunu bir mövsümlük icarəyə götürməyə hazırdır.

"Le Parisien" nəşri: “Renatu Sanşeş bu yay mütləq "Lill"dən gedəcək. Futbolçu iki klub arasında seçim edir - PSJ və "Milan".

Patrik Berger, jurnalist (Sport1): "Luis Suares həqiqətən də "Borussiya Dortmund"a təklif olunub. Uruqvaylı futbolçunun maaş tələbi çox yüksəkdir. Bu isə  Dortmund klubu üçün həll yolu deyil".

Baş tutmuş transfer xəbərləri:

Conatan Kloss "Lans"dan "Olimpik Marsel"ə keçib. Transfer məbləği 7,5 milyon avro olan futbolçunun müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

26 yaşlı qapıçı Ruben Blanko "Selta"dan "Olimpik Marsel"ə keçib. Futbolçu yeni klubunda 2022/23-cü illər mövsümünün sonuna qədər icarədə olacaq.

Kolumbiyalı Luis Suares "Qranada"dan "Olimpik Marsel"ə keçib. Transfer məbləği 10 milyon avro olan futbolçunun müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Müdafiəçi Qleyson Bremer "Torino"dan "Yuventus"a keçib. Transferin məbləği 41 milyon avro olan futbolçunun müqaviləsini müddəti 2026/27-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub.

30 yaşlı hücumçu Mbaye Dian azad agent qismində "Qalatasaray"dan "Fatih Karagümrük"ə keçib. Müqavilənin müddəti 2023-cü ilin yayına qədər nəzərdə tutulub. 

35 yaşlı hücumçu Kolin Kazım-Riçards azad agent qismində "Derbi Kaunti"dən "Fatih Karagümrük"ə keçib.

Yarımmüdafiəçi Luis Obrayen "Haddersfild Taun"dan "Nottingem Forest"ə keçib. İngilis futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb. 

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər