Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Relevo" saytı: "Mançester Yunayted" "Real Madrid"ın yarımmüdafiəçisi Marko Asensio ilə maraqlanır. “Qırmızı şeytanlar” transfer pəncərəsinin sonuna qədər futbolçunun keçidini təşkil etməyə çalışacaq".
Canluka Di Martsio, insayder: "Kriştianu Ronaldu bu mövsüm Çempionlar Liqasında oynamaq istəyir. Onun agenti Jorje Mendeş "Napoli" ilə əlaqə saxlayıb. Ronaldunu "Napoli"nin hücumçusu Viktor Osimhenlə dəyişmək nəzərdə tutulur.
Jorje Mendeş "Napoli"dən əlavə "Çelsi", "Marsel" və "Sportinq Lissabon" klubları ilə də əlaqə saxlayıb".
"L'Equipe" nəşri: "Lion"un yarımmüdafiəçisi Lukas Paketa "Vest Hem"ə keçməyə yaxındır. Transer məbləği 60 milyon funt-sterlinq təşkil edəcək".
"Sky Sports" saytı: "Hücumçu Nil Mopet təxminən 15 milyon funt-sterlinqə "Brayton"dan "Everton"a keçməyə yaxındır".
"Calciomercato" nəşri: "Salernitana" "Çelsi"dən hücumçu Mişi Batşuayini almaq istəyir".
Fabritsio Romano, insayder: "Vulverhempton" Sas Kalaydziç üçün 15 milyon avro təklif edib. Ştutqart 20-25 milyon avro istəyir".
"Foot Mercato" nəşri: "PSJ-nin qapıçısı Keylor Navasın "Napoli"yə keçməsi olduqca real görünür. Klublar arasında danışıqlar davam edir".
Emin Şəmsiyev