Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"The Times" nəşri: Kriştianu Ronaldu hələ də "Mançester Yunayted"dən onu buraxmalarını tələb edir.
Baş tutmuş transfer xəbərləri:
31 yaşlı yarımmüdafiəçi Viktor Palsson "Şalke"dən "Di Si Yunayted"ə keçib.
ABŞ millisinin 22 yaşlı müdafiəçisi Kris Riçards "Bayern Münhen"i "Kristal Pelas"a dəyişib.
"Liverpul" və "Atletiko Madrid" kubunun sabiq əfsanəsi 35 yaşlı hücumçu Luis Suares azad agent olaraq Uruqvayın "Nasyonal" klubuna keçib.
23 yaşlı portuqaliyalı sol cinah müdafiəçisi Ruben Vinaqre "Sportinq"dən "Everton"a transfer olunub.
Emin Şəmsiyev