Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Tuttomercatoweb" saytı: "Marselo karyerasını A Seriyasında davam etdirəcək. Futbolçu "Latsio" ilə danışıq aparır".
Mario Korteqana, jurnalist (Marca): "Real Madrid" və "Hetafe" Borxa Mayoralın transferi ilə bağlı prinsipial razılığa gəliblər. Futbolçu 10 milyon avroya kral klubunu tərk edəcək".
"Napoli" klubu: "Dris Mertens komandadan ayrılıb".
"The Mirror": "Kriştianu Ronaldu icarə əsasında başqa kluba keçə bilər".
"Calciomercato" nəşri: "Uelsli yarımmüdafiəçi Aaron Remzi "Yuventus"u tərk edib".
AS nəşri: "Auqsburq" "Portu"nun hücumçusu Toni Martines üçün 10 milyon avro təklif edib".
Fabritsio Romano, insayder: "Bayern Münhen"nin marağına səbəb olmasına baxmayaraq, Harri Keynin bu yay "Tottenhem"də qalacağına şübhə yoxdur".
"Sport.es" saytı: “Markos Alonsonun “Barselona”ya transferi son mərhələdədir. Yekun danışıqların ABŞ turundan sonra keçirilməsi planlaşdırılır”.
"Marca" nəşri: "Atletiko Madrid" və "Real Madrid" Belqradın "Partizan" klubunun 18 yaşlı hücumçusu Samed Bajdar uğrunda mübarizə aparacaq. Futbolçu "Partizan"ın əvəzedici heyətində bir mövsümə 39 qol vurub və əsas komandaya cəlb olunub. Gənc hücumçu həm də "Yuventus"un maraq dairəsindədir".
Baş tutmuş transfer xəbərləri:
24 yaşlı yarımmüdafiəçi Kristian Bistroviç Moskva MOİK-indən İtaliyanın "Leççe" klubuna keçib. Futbolçu 2022/23-cü illər mövsümünün sonuna qədər icarəyə verilib.
35 yaşlı yarımmüdafiəçi Luis Qustavo azad agent qismində Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna keçib. Qustavo 2019-cu ilin sentyabrından "Fənərbağça"da çıxış edirdi.
Emin Şəmsiyev