Günün transfer xəbərləri: "Real Madrid" Hazarı transferə çıxartdı

Günün transfer xəbərləri: "Real Madrid" Hazarı transferə çıxartdı

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

Rəsmi: Argentina millisinin və İspaniya “Barselona”sının sabiq hücumçusu Serxio Aquero karyerasını bərpa edib. 35 yaşlı hücumçu Ekvadorun "Barselona" klubu ilə müqavilə imzlayıb.

Rəsmi: Portuqaliya millisinin yeni baş məşqçisi bəlli olub. Bu posta DÇ-2022-dən sonra Belçika yığmasından ayrılan Roberto Martines təyin olunub.

“A Bola”: “Beşiktaş”ın futbolçusu Vaut Veqhorst İngiltərə klubunun diqqət mərkəzindədir. Niderlandlı hücumçuya “Mançester Yunayted” elçi düşüb.

"Qırmızı şeytanlar" həmçinin "Atletiko Madrid"dən Joau Feliks və “İnter”in hücumçusu Edin Dzekonu da gözaltı edib. 

"The Athletic": "Real Madrid" Eden Hazarı transferə çıxarıb. La Liqa təmsilçisi belçikalı futbolçunun yüksək maaşı səbəbi ilə onu satmaq fikrindədir. 

 "L'Equipe": 6 aydır "Nitsa"da baş məşqçi olaraq çalışan Lüsyen Favra istefaya göndərilib. Buna səbəb komandanın uğursuz çıxışıdır. İsveçrəli mütəxəssis 2016-18-ci illərdə də “Nitsa”da çalışıb. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər