Günün transfer xəbərləri: Raşfordun aqibəti necə olacaq?

Günün transfer xəbərləri: Raşfordun aqibəti necə olacaq?

Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"Sky Sports": "Markus Raşford bu yay PSJ-yə keçməyəcək. "Mançester Yunayted" onu satmaq niyyətində deyil".

Nikolo Skira, insayder: "Nasyonal"ın uruqvaylı müdafiəçisi Xoakin Sosa Avropaya gəlməyə hazırlaşır. Montevideo "Liverpul"unda icarə əsasında forma geyinən 20 yaşlı futbolçu İtaliyanın "Bolonya" klubuna keçməyə yaxındır".

"TyC Sports": "Mauro İkardi "Qalatasaray"a və ya "Mançester Yunayted"ə keçə bilər. PSJ-nin heyətdə saxlamaq istəmədiyi futbolçunun həyat yoldaşı və agenti Vanda Nara həm "Qalatasaray", həm də "Mançester Yunayted"in təmsilçiləri ilə əlaqə saxlayıb".

Fabritsio Romano, insayder: "Bu yay Uelsin "Kardiff" klubundan ayrılan 32 yaşlı qapıçı - Aleks Smitis azad agent statusu ilə "Lester Siti" ilə müqavilə bağlayıb. Sözləşmənin müddəti 2024-cüilə qədər nəzərdə tutulub".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər