Günün transfer xəbərləri: "Qətərdən İspaniyaya piyada qaçaram"

Günün transfer xəbərləri: "Qətərdən İspaniyaya piyada qaçaram"

Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

Xames Rodriges "Valensiya"ya keçməyə hazır olduğunu deyib: "Valensiya" mənə müraciət etsə klubdan ayrılıb Qətərdən İspaniyaya piyada qaçaram. Edinson Kavaninin köməyə ehtiyacı olsa, maaşımın azalmasına da razı olardım".

"Sport.es" saytı: "Real Betis"in müdafiəçisi Ektor Belyerin "Udineze", "Sassuolo" və" Atalanta"nın təkliflərini rədd edib".

Rik Elfrink, insayder: "Çelsi" PSV-nin yarımmüdafiəçisi İbrahim Sanqaranı transfer etmək istəyir".

Jerard Romero, insayder: "İnter" və "Barselona" Jordi Albanın icarəyə götürülməsi ilə bağlı razılığa gəliblər".

Baş tutmuş transfer xəbərləri: 

Mario Balotelli "Adana Demirspor"dan İsveçrənin "Syon" klubuna keçib.

28 yaşlı vingeri Lukas Okampos icarə əsasında "Sevilya"dan "Ayaks"a keçib. 

20 yaşlı Amad Dialo "Mançester Yunayted"dən "Sanderlend"ə keçib.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər