Günün transfer xəbərləri: "Qalatasaray" Ronaldudan əl çəkməyəcək, Tuxel millidə

Günün transfer xəbərləri: "Qalatasaray" Ronaldudan əl çəkməyəcək, Tuxel millidə

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"Calciomercato" nəşri: "Milan" "Çelsi"nin futbolçusu Ruben Loftus-Çiklə maraqlanır. Onun "zadəganlar"la 2024-cü ilə qədər müqaviləsi var".

"Il Romanista" nəşri: "Arsenal" "Ayntrax"ın müdafiəçisi Evan Ndikanı izləyir. 2023-cü ilin yayında azad agent olacağı üçün onun xidmətlərində "Roma" da maraqlıdır".

"Fotomaç" saytı: "Qalatasaray" Ronaldunu qış transfer pəncərəsində almaq üçün yenidən "Mançester Yunayted" klubu ilə əlaqə saxlayıb. Kriştianunun karyerasını Türkiyədə davam etdirə biləcəyi real görünür. İstanbul təmsilçisi artıq yay transfer pəncərəsi zamanı müraciət etsə də, 37 yaşlı portuqaliyalı Çempionlar Liqasında mübarizə aparmayan kluba keçmək istəmədiyi üçün bu təklifi rədd etmişdi. "Qalatasaray" Ronaldunu qışda transfer edə bilməsə gələn  yay yenidən cəhd edəcək". 

"Revelo" saytı: "İnter" "Vilyarreal"dan Alfonso Pedrası almaq istəyir. Bu transfer "İnter"ə təxminən 13 milyon funt-sterlinqə başa gələ bilər". 

"Bild" nəşri: "Çelsi"nin sabiq çalışdırıcısı Tomas Tuxel İngiltərə millisinə rəhbərlik edə bilər. Mütəxəssis yığmada mümkün iş variantını nəzərdən keçirməyə hazırdır".

"Bild" nəşri:  "Bayern Munhen"in futbolçusu Benjamin Pavar "Çelsi"nin maraq dairəsindədir.  Keçən yay 26 yaşlı fransalı futbolçu ilə "Mançester Yunayted", "Çelsi", "Atletiko Madrid" və "Yuventus"un maraqlandığı bildirilir". 

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər