Günün transfer xəbərləri: PSJ Kantedən əl çəkməyəcək

Günün transfer xəbərləri: PSJ Kantedən əl çəkməyəcək

Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"Le Parisien" və Canluka Di Martsio: "Napoli" və PSJ  23 milyon avroya Fabian Ruizin transferi ilə bağlı razılığa gəliblər".

"The Times" nəşri: "PSJ N'Qolo Kanteni izləməyə davam edir. Fransa klubu dayaq yarımmüdafiəçisini qış transfer pəncərəsində olsa belə, transfer etməyə çalışacaq".

"Calciomercato" nəşri: "Yuventus" 21 yaşlı yarımmüdafiəçi Nikolo Faqiolini bir mövsümlük icarəyə verməyi düşünür". 

"The Atletic" nəşri: "Amerikalı futbolçu Kristian Pulişiç "Çelsi"də qalacaq".

"Sportekspress" saytı: "Avqustun 29-da "Aris", "Fiorentina" və Aleksandr Kokorinin təmsilçiləri hücumçunun Kipr klubuna transferi ilə bağlı danışıqları tamamlayıblar. Rus futbolçu "Aris"ə keçəcək". 

Baş tutmuş transfer xəbərləri:

21 yaşlı müdafiəçi Malik Tşau "Şalke 04"dən "Milan"a keçib.

22 yaşlı Sofian Diop 22 milyon avroya "Monako"dan "Nitsa"ya keçib.

32 yaşlı müdafiəçi Alvaro Qonzales azad agent qismində Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna keçib.

21 yaşlı avstriyalı müdafiəçi Flavius ​​Danilyuk 5 milyon avroya "Nitsa"dan "Salernitana"ya keçib.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər