Günün transfer xəbərləri: Peres Holandla bağlı qərar verdi

Günün transfer xəbərləri: Peres Holandla bağlı qərar verdi

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

Fabritsio Romano, insayder: "Liverpul" icarəyə götürülmüş yarımmüdafiəçi Arturun çıxışından məyusdur. Buna görə də yayda onu "Yuventus"dan almaq fürsətindən istifadə etməyəcəklər".

"Daily Star" nəşri: Dieqo Dalot digər klubların maraq dairəsində olduğuna görə "Mançester Yunayted"də qalmayacaq. "Yuventus" Portuqaliya millisinin müdafiəçisini heyətinə qatmaq niyyətindədir".

"Marca" nəşri: "Real Madrid"in prezidenti Florentino Peres Holandla bağlı qərarını verdi. Kral klubu 2024-cü ildə norveçli futbolçu ilə bağlı rəsmi təklif göndərəcək".  

"Le Parisien" nəşri: "PSJ 150 milyon avroya daha bir hücumçu almağa hazırlaşır.  "Milan"ın forvardı Rafael Leau Liqa 1-ə keçə bilər".

"A Bola" nəşri: "Lion"un yarımmüdafiəçisi Ussem Auar ötən yay üç klubla danışıqlar apardığını açıqlayıb. "Benfika", "Real Betis" və "Nottingem Forest"lə razılaşma olub. Qış transfer pəncərəsində, danışıqlar yenidən baş tutacaq".

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər