Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır. Luis Suares: “MLS-dən və Avropadan kifayət qədər təklif var. Hər şeyi təhlil etməliyəm. MLS bazarı çox mürəkkəbdir". "AS Colombia" nəşri: "Roma" Xames Rodrigesi heyətinə qatmaq niyyətindədir". "Antverpen"in mətbuat xidməti: "Klubumuz Tobi Alderveyreldin transferi ilə bağlı “Əl-Duhail”lə şifahi razılığa gəlib". Fabritsio Romano, insayder: "Dnepr-1"in və Ukraynanın gənclərdən ibarət milli komandasının 18 yaşlı yarımmüdafiəçisi Yeqor Yarmolyuk "Brentford"a keçəcək". "Sky İtalia" saytı: "İnter" və çilili yarımmüdafiəçi Arturo Vidal tərəflərin qarşılıqlı razılığı ilə müqaviləyə xitam verib. Yaxın vaxtlarda o, "Flamenqo"ya keçəcək". "Bild" nəşri: "Yuventus" "Bayern Münhen"in Mateys de Liqtlə bağlı rəsmi təklifini rədd edib". Baş tutmuş transfer xəbərləri: “Napoli”nin 33 yaşlı sabiq qapıçısı David Ospina azad agent qismində Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna keçib. Qolkiperlə klub arasındakı müqavilənin müddəti 2024/25-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub. Emin Şəmsiyev
Günün transfer xəbərləri: Ospina Asiya klubuna keçdi
TREND
Azərbaycan futbolu
23:31
07.10.2026
"Qarabağ"ın gənc hücumçusuna Avropa nəhəngindən dəvət
Azərbaycan futbolu
16:43
08.10.2026
Ayxan Abbasov Rusiyanın elita klubunun əsas qapıçısı ilə maraqlanacaq - AÇIQLAMA
Azərbaycan futbolu
11:12
11.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
10:51
13.10.2026
Həftəiçi oyunlar bu kanallarda- AFİŞA
Oxşar xəbərlər
Dünya futbolu
22:12
13.10.2026
"Çelsi" Frenki de Yonq üçün hərəkətə keçdi
Dünya futbolu
19:49
13.10.2026
Premyer Liqa nəhəngləri Kofanenin transferini izləyir
Dünya futbolu
19:14
13.10.2026
“Liverpul” sağ cinah müdafiəçisi axtarır
Dünya futbolu
18:48
13.10.2026
“Mançester Yunayted” Culiano Simeoneni transfer siyahısına saldı