Günün transfer xəbərləri: Nəhənglərdə yeni müqavilələr

Günün transfer xəbərləri: Nəhənglərdə yeni müqavilələr

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

- “Çelsi” iki transfer həyata keçirib. London təmsilçisi “Norviç Siti”dən Aleks Matos və “Benfika”dan Dieqo Moreyranı heyətinə qatıb. Futbolçularının müqaviləsinin müddəti açıqlanmayıb. 

Günün transfer xəbərləri: Nəhənglərdə yeni müqavilələr

- “Yuventus” heyətinə yeni futbolçu cəlb edib. Turin təmsilçisi “Lill”un yarımmüdafiəçisi Timoti Veanı transfer edib. 23 yaşlı futbolçu ilə 5 illik sözləşmə imzalanıb. 

***

- "Liverpul" yeni transferini rəsmiləşdirib. "Mersisaydlılar" “Leyptsiq”in yarımmüdafiəçisi Dominik Soboslaini rənglərinə bağlayıb. 22 aşlı avstriyalı futbolçu ilə 5 illik müqavilə imzalanıb. 

Günün transfer xəbərləri: Nəhənglərdə yeni müqavilələr

- “Lester” klubu heyətinə iki futbolçu cəlb edib. 2023-2024-cü illər mövsümü Çempionşipdə keçirəcək komanda “Vulverhempton”un müdafiəçisi Konor Koadi və “Tottenhem”in yarımmüdafiəçisi Harri Uinkslə anlaşıb. Hər iki futbolçu ilə 3 illik müqavilə imzalanıb.

***

- “Strasburq” klubunun yeni baş məşqçisi bəlli oldub. Fransa təmsilçisi Patrik Vieyra ilə anlaşıb.  47 yaşlı mütəxəssis ilə 3 illik müqavilə imzalanıb. O, bu postda Frederik Antonettini əvəz edib.

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər