Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
Fanat.Az ötən gün baş tutan transfer xəbərlərini təqdim edir:
"Everton"un yeni baş məşqçisi bəlli olub. Premyer Liqa təmsilçisi Şon Dayça tapşırılıb. Bu vəzifədə Frenk Lempardı əvəzləyən 52 yaşlı mütəxəssislə müqavilə 2025-ci ilin yayınadək nəzərdə tutulub.
***
"Roma"nın hücumçusu Eldor Şomurodov "Spetsiya"ya keçib. Özbəkistan millisinin üzvü mövsümün sonuna kimi icarə əsasında sözügedən klubda çıxış edəcək. "Roma" bu keçiddən 1,5 milyon avro qazanacaq.

***
“Qalatasaray” Türkiyə millisinin və İtaliya “Sassuolo”sunun müdafiəçisi Kaan Ayhanı icarəyə götürüb. 28 yaşlı futbolçu bu mövsümün sonuna kimi satınalma şərti ilə Super Liqa klubuna keçib.
“Qalatasaray” yarım mövsümlük icarə üçün İtaliya klubuna 400 min avro ödəyib. Futbolçunun transfer hüquqlarının alınmasının qiyməti isə 2,8 milyon avrodur.
***
"Valensiya" baş məşqçisi Cennaro Qattuzonu istefaya göndərib. Buna komandanın cari mövsümdə uğursuz çıxış etməsi səbəb olub. İtaliyalı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Xatırladaq ki, Qattuzo ötən ilin iyununda "Valensiya"nın sükanı arxasına keçib. Komanda hazırda La Liqada 20 xalla 16-cı pillədə qərarlaşıb.
Röya